"Liverpul" yaponiyalı futbolçu ilə maraqlanır
"Liverpul" yaponiyalı cinah hücumçusu Takefuşo Kubonun trasnferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Real Soseydad"da çıxış edən 22 yaşlı hücumçu üçün təklif göndərəcək.
"Liverpul" klubunun rəsmiləri yaponiyalı futbolçu üçün 60 milyon avro ödəməyi qəbul etdiklərini bildiriblər.
Qeyd edək ki, Takefuşo Kubo daha öndə "Xetafe", "Barselona","Malyorka" və "Vilyereal" klublarının da şərəfini qoruyub.