“Liverpul”a şad xəbər
“Liverpul”un fransalı müdafiəçisi İbrahima Konate bu gün keçiriləcək “Bayer”lə matçda meydanda olacaq.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu zədəsini tam olaraq sağaltdığı qeyd olunur.
Baş məşqçi Arne Slot onu əsas heyətdə meydana çıxarmağı düşünür.
Qeyd edək ki, İbrahima Konate bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 2 qol və 1 asistlə yadda qalıb.