ÇSKA Moskva rusiyalı futbolçunu transfer etmək istəyir

"Lokomotiv"in yarımmüdafiəçisi Anton Mirançuk ÇSKA-nın transfer siyahısındadır.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, ÇSKA klubunun rəhbərliyi iyunun 30-da müqaviləsi başa çatacaq oyunçuya rəsmi təklif göndərəcək.

28 yaşlı Mirançuk "Lokomotiv" klubunun yeni müqavilə təklifini rədd edib.O, ötən mövsüm "dəmiryolçular"ın heyətində 38 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.

Qeyd edək ki, "Hərbiçilər"in yeni baş məşqçisi Marko Nikoliç daha əvvəl "Lokomotiv"də Mirançukla birgə çalışıb.