Lorenzo Sotomayor: "Əmin idim ki, qalib gəlmişəm"
"Azərbaycan üçün Olimpiada qızılını qazanmaq istəyirdim. Bunun üçün əlimdən gələni etdim. Ancaq hakimlər qələbəni rəqibə verdilər". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Olimpiadasının gümüş mükafatçısı, boksçu Lorenzo Sotomayor deyib.
Final döyüşündə qələbəyə daha layiq olduğunu deyən idmançı, "Axırıncı raundda da mən daha çox işləyirdim. Qələbə üçün əlimdən gələni edirdim və əmin idim ki, mən qalib gəlmişəm. Amma, təəssüf ki, hakimlərin qərarı fərqli oldu. Azərbaycanı sevirəm. Çox istəyirdim, Azərbaycan üçün qızıl medal qazanım", - deyə bildirib.
Səmayə Məmmədova
GİN-in mətbuat katibi