Lukman İstanbul nəhənginə keçə bilər
"Atalanta"nın futbolçusu Ademula Lukman klub rəhbərliyi ilə problem yaşayır.
Sportline.az xəbər verir ki, Berqamo təmsilçisi sözügedən oyunçunu satmaq niyyətindədir.
"La Gazzetta dello Sport"un yaydığı məlumata görə, "Qalatasaray" yanvar ayında "Atalanta"ya rəsmi təklif göndərəcək.
Qeyd edək ki, A.Lukmanın transfer qiyməti 40 milyon avrodur.