Madrid "Real"ının yeni planı

"Liverpul"un futbolçusu Trent Aleksandr - Arnold karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 25 yaşlı müdafiəçi "Real"ın maraq dairəsindədir.

Bu haqda "Teamtalk"da məlumat yayılıb.

Mənbənin verdiyi xəbərə görə, madridlilər bu transferi cari mövsümün sonunda reallaşdırmaq niyyətindədirlər.

Qeyd edək ki, Trent 2016-cı ildən yetirməsi olduğu "Liverpul"un şərəfini qoruyur.