Mahir Emreli qayıtdı
Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Mahir Emreli zədəsini tam sağaldıb və komanda ilə məşqlərə qoşulub.
Sportline.az xəbər verir ki, 25 yaşlı hücumçu ölkə çempionatının II turunun “Slaven”lə səfər matçında iştirak edə bilər. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
“Slaven” – “Dinamo” matçı iyulun 23-də keçiriləcək.