Mahir Emreli Şimali Makedoniyaya aparılmadı
Zaqreb "Dinamo"sunda (Xorvatiya) çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə bu gün keçiriləcək cavab oyununu da buraxacaq.
Sportline.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, zədəsi hələ də sağalmayan 25 yaşlı hücumçu sözügedən görüş üçün heyətdən kənarda qalıb. Mahirlə yanaşı, digər zədəlilər Yosip Şutalo və Marko Bulat, həmçinin yeni sağalmış Bosko Şutalo da səfər oyunu öncəsi Zaqrebdə qalıblar.
Qeyd edək ki, "Şkupi" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb.
Xatırladaq ki, M.Emreli zədə səbəbindən "Şkupi" ilə ilk oyunu da buraxmışdı.