Mahirdən növbəti qol
Polşa çempionatında 2-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Rakuv” səfərdə "Şlyonsk"ın qonağı olub. Matç "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
2 avqust
"Şlyonsk" - "Rakov" - 2:1
Qollar: L.Maryanats, 86, P.Samets-Talar, 90 // Mahir Emreli, 60
Qeyd edək ki, M.Emreli əsas heyətdə yer alıb və 60-cı dəqiqədə hesabı açaraq komandasını hesabda irəli çıxarıb. O, matçın 73-cü dəqiqəsində Brusberqlə əvəzlənib.
Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da fərqlənməyi bacarıb.