Mahirin komandası "Şkupi"yə qarşı
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkupi" (Şimali Makedoniya) ilə cavab oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Zaqreb təmsilçisi evdə 2:2 hesablı heç-heçə etdiyi rəqibi ilə bu dəfə səfərdə üz-üzə gələcək. "Todor Proeski Arena"dakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində sözügedən duelin zəifi ilə görüşəcək.
Zədə səbəbindən ilk oyunu buraxan Mahir bu qarşılaşmada da iştirak edə bilməyəcək.
23:00. "Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
Baş hakim: Yakob Kexlet (Danimarka)
"Todor Proeski Arena"
İlk oyun - 2:2