“Mançester Siti” portuqaliyaya itkilərlə yollanıb
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turuna start verilir.
Sportline.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Sportinq” ilə üz-üzə gələcək.
Şəhərlilərin heyətində zədəli futbolçuların sayı kifayət qədərdir. Con Stounz, Ruben Diaş, Rodri, Qriliş və Oskar Bob “Sportinq”lə matçda komandasına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, matçı 40 yaşlı alman hakim Daniel Zibert idarə edəcək. Görüş gecə yarısı saat 00:00-da başlayacaq.