"Mançester Yunayted" "Barselona"nın futbolçusunu istəyir

"Mançester Yunayted" klubu "Barselona"nın 24 yaşlı müdafiəçisi ilə maraqlanır.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "qırmızı-şeytanlar" uruqvaylı müdafiəçi Ronald Arauxo üçün İspaniya klubu ilə danışıqlara başlayacaq. 

"Barselona" maliyə probelmləri yaşadığı üçün bəzi futbolçularla yollarını ayrıcağını bildirsə də Arauxonun keçidi ilə bağlı görüşmələri qəbul etməyib. 

Qeyd edək ki, Ronald Arauxo bu mövsüm çıxdığı 20 matçda 1 qolla yadda qalıb.