“Mançester Yunayted” İstanbula itkilərlə yollanacaq

“Fənərbağça” matçı öncəsi “qırmızı şeytanların” 5 futbolçusu sıradan çıxıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kobi Meyno, Hari Maqvayr, Luk Şou, Leni Yoro və Tyrel Malasiya “Fənərbağça” ilə matçda iştirak etməyəcək.

Bruno Fernandeş isə “Porto” ilə matçda aldığı qırmızı vərəqəyə görə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Avropa Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Fənərbağça” – “Mançester Yunayted” matçı 24 oktyabr saat 23:00-da başlayacaq.