"Mançester Yunayted" yeni baş icraçı direktorunu açıqlayıb

"Mançester Yunayted" klubu əzəli rəqibi "Mançester Siti"nin baş icraçı direktoru ilə razılıq əldə edib. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" Omar Berrada ilə yeni müqavilə imzalayacaq. 

Komandanın yeni baş icraçı direktoru Omar Berrada daha öncə "Barselona" və "Mançester Siti" klublarında çalışıb. 

Qeyd edək ki, "Mançester Yunayted" klubu uzun müddətdir ki, baş icraçı direktoru vəzifəsi üçün namizədlərlə görüşüb və yekun qərar olaraq Omar Berrada ilə razılığa gəlib.