"Mançester Yunayted"dən sabiq baş məşqçilərinə böyük məbləğdə təzminat

"Mançester Yunayted" sabiq baş məşqçiləri Ole Qunnar Sulşer və Ralf Ranqnikə 24,7 milyon funt-sterlinq təzminat ödəyib.

Sportline.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Sulşer ötən ilin noyabrında "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovulub. Norveçli mütəxəssis müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə Mançester təmsilçisindən təxminən 7 milyon funt-sterlinq alıb. 49 yaşlı çalışdırıcının köməkçilərinə isə  3 milyon avro təzminat ödənilib.

Ranqnik Sulşerin istefasından sonra mövsümün sonuna qədər müvəqqəti olaraq "Mançester Yunayted"i çalışdırıb. Mövsümün sonunda o, 2 il müddətinə “Yunayted”də məsləhətçi olmalı idi. Ancaq sonra Ranqnik Avstriya millisində işləmək dəvətini qəbul edib. Bununla əlaqədar "Mançester Yunayted" rəhbərliyi onun məsləhətçi kimi xidmətlərindən imtina edb.

Ümumilikdə Sulşer və anqnik 24,7 milyon funt-sterlinq təzminat alıblar.