Mançini "Roma" ilə müqavilə imzaladı

“Roma” daha bir futbolçunun keçidini açıqlayıb.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi “Atalanta”dan Canluka Mançinini heyətinə cəlb edib. 23 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra “Roma” ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, italiyalı futbolçu 2017-ci ildən "Atalanta"da çıxış edirdi.