"Mayk Menyan dünyanın ən yaxşı qapıçısıdr"

Ulduz futbolçu Kinqsli Koman dünyanın ən yaxşı qapıçısı hesab etdiyi futbolçunun adını açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə "Bavariya"nın yarımmüdafiəçisi "Telefoot"a danışıb.

“Mənim heç bir şübhəm yoxdur. Mənim üçün Mayk Menyan əla qapıçıdır, dünyanın ən yaxşı qapıçısıdır”, - deyə Koman "Telefoot"a bildirib.

Qeyd edək ki, Menyan 2021-ci ildən "Milan"ın qapısını qoruyur.