Mbappeyə 15 gün vaxt verilib

"Real" Mbappenin transferi ilə bağlı işləri tezləşdirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, madridlilər gələn yaydakı mümkün keçidlə bağlı məsələni yanvarda həll etməyi planlaşdırırlar. 

AS nəşrinin yaydığı məlumata görə, bunun üçün Mbappeyə 15 gün vaxt veriləcək.

Yanvarın 1-dək Kilian PSJ ilə müqaviləni yeniləməsə "Real" rəhbərliyi mövzuya son qoyacaq. 

Klub rəhbərliyi futbolçudan yalnız yanvarın 15-dək cavab gözləyəcək.