Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportline.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. İlk "10-luq"da Azərbaycanın təmsilçiləri yoxdur almayıb.
Şəhriyar Məmmədyarov 2 759 xalla 2 pillə irəliləyərək 12-ci olub, 2 738 xalı olan Teymur Rəcəbov 13-cü yerdən 18-ci pilləyə düşüb. Qədir Hüseynov (2 668) 3 sıra geriləyərək 81-ci, Rauf Məmmədov (2 656) isə 4 pillə itirərək 92-ci olub.
Sıralamaya norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla başçılıq edir. Çinli Dinq Liren ikinci (2 806 xal), Fransa təmsilçisi Alireza Firuzcanı (2 793) 3-cü sırada yer alıb.
Qadın şahmatçılardan Gülnar Məmmədova (2 383) 22-ci, Ülviyyə Fətəliyeva (2 317) 52-ci, Günay Məmmədzadə (2 277) 68-cidir.