Mendes UFC tarixinin ən güclüsünü açıqladı
Məşhur döyüş növləri mütəxəssisi Xavyer Mendes MMA tarixinin ən güclü idmançısının adını açıqlayıb.
Sportline.az xəbər verir ki, o, bu ada UFC-nin yüngül çəkidə sabiq çempionu Həbib Nurmaqomedovu (29-0) layiq görüb.
"Həbib bütün dövrlərin ən böyük döyüşçüsüdür. Islam Mahaçovun öz yolu var.O, da böyük idmançı olacaq. Amma, fikrimcə Həbibə çatmaq çətindir. O, karyerası ərzində yalnız iki raund itirib ", - deyə Mendes Sport-express nəşrinə bildirib.
Qeyd edək ki, Həbib Nurmaqomedov karyerasını 2020-ci ilin oktyabrında çempion kimi başa vurmuşdu.