Məşhur futbolçu karyerasını bitirdi

İtaliyanın “Roma” klubundan ayrılan Daniele De Rossi karyerasını başa vurub.

Sportline.az “Il Tempo” portalına istinadən xəbər verir ki, İtaliya yığmasında da çıxış edən yarımmüdafiəçi 36 yaşında oyunçu kimi çıxışını başa vurub. Onun xidmətində İtaliya və ABŞ klubları maraqlı idi.

Qeyd edək ki, De Rossi karyerası ərzində yalnız “Roma”nın formasını geyinib. 17 il paytaxt komandasının uğurları üçün çalışan futbolçu 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub.