Məşhur idmançı azyaşlı ilə intim əlaqədə ittiham olunur

NBA-da mübarizə aparan "Oklahoma Siti Tander"in oyunçusu Coş Giddi azyaşlı qızla intim əlaqədə şübhəli bilinir.

Sportline.az xəbər verir ki, ABŞ-nin Nyuport-Biç şəhərinin polisi bu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Bu haqda TMZ Sports nəşri məlumat yayıb.

21 yaşlı Giddinin əvvəllər Liv Kuk adlı qızla fotosu yayılmışdı. Həmin fotoda Kuk onunla seksual münasibətdə olduğunu yazmışdı.

Həmin vaxtda qızın yetkinlik yaşına çatmadığı bildirilir.

Giddi hələlik məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırır.