Messi Ronaldonu qabaqladı

İspaniya "La Liqa"sında ilin ən yaxşılarının adları açıqlanıb. SportLine.az xəbər verir ki, "Ən yaxşı futbolçu" və "Ən yaxşı hücumçu" adına "Barselona"nın lideri Lionel Messi layiq görülüb. 

İspaniyanın ən yaxşı baş məşqçisi Kataloniya klubunun çalışdırıcı Luis Enrike seçilib. Neymar isə "Ən yaxşı amerikalı futbolçu" nominasiyasında qalib olub.

Madrid "Real"ının iki futbolçusu da mükafatçılar sırasındadır. Serxio Ramos "Ən yaxşı müdafiəçi", Xames Rodriqes isə "Ən yaxşı yarımmüdafiəçi" mükafatını qazanıb.