Messi sabiq komanda yoldaşına qovuşur

Azarkeşlər yaxın vaxtlarda məşhur Messi - Suares tandemini yenidən bir arada görə biləcəklər.

Sportline.az xəbər verir ki, uruqvaylı forvard tezliklə "İnter Mayami"nin formasını geyinəcək.

Bu haqda tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, mümkün keçiddə əsas rolu Messi oynayır.

Dizində ciddi zədəsi olan 36 yaşlı Suares karyerasını bitirməyə hazırlaşsa da, Messidən gələn təklifi geri çevirə bilməyib.