Messinin komandası qitə dəyişir

“İnter Mayami” ilkə imza atacaq.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, klub tarixində ilk dəfə beynəlxalq tura çıxmağı planlaşdırır.

Lionel Messinin komandası Çinə gedəcək. Artıq orada keçirəcəkləri yoxlama oyunlarındakı rəqiblər də müəyyənləşib. Bunlar "Qinqdao Hainiu" (5 noyabr) və "Çenqdu Xinqçenq" (8 noyabr) komandalarıdır.

Turun məqsədi 2024-cü il mövsümünə hazırlıqdır.