Meyson Maunt "Mançester Yunayted" azarkeşlərini qəzəbləndirib

"Çelsi"dən transfer olunan təcrübəli futbolçu Meyson Maunt "Mançester Yunayted" azarkeşlərini qəzəbləndirib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 25 yaşlı ingiltərəli futbolçunun "tik-tok" sosial şəbəkəsində etdiyi paylaşım azarkeşlərin qəzəbinə səbəb olub. 

Uzun müddətdir zədədən əziyyət çəkən Meyson Mountun mahnı ilə rəqs etdiyi video paylaşıb. "Mançester Yunayted" fanatları isə futbolçun komandadan göndərilməsini tələb ediblər. 

Qeyde edək ki, Meyson Mount uzun müddətdir zədədən əziyyət çəkir və bu mövsüm cəmi 12 oyunda 1 asistlə yadda qalıb.