"Milan" 24 yaşlı futbolçu ilə maraqlanır

"Milan" Troy Parrottu heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, 24 yaşlı forvard İtaliya klubuna keçməyə razılıq verib.

Bu haqda "İndependent" nəşri məlumat yayıb.

Qeyd edək ki, T.Parrott karyerası ərzində meydana çıxdığı 273 matçda 111 qol, 33 asistlə yadda qalıb.