"Milan" Menyana yeni sözləşmə təklif edib

"Milan" fransalı qapıçısı Mayk Menyana yeni sözləşmə təklif edib.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi 30 yaşlı kiperi satmaq niyyətində deyil.

30 yaşlı futbolçu ilə "Yuventus" və "Çelsi" komandaları yaxından maraqlanır.

Qeyd edək ki, Menyan cari mövsüm çıxış etdiyi 13 oyunda qapısında 9 top görüb.