"Milan" "Nyukasl"ın təklifini rədd edib
"Nyukasl Yunayted" "Milan"ın almaniyalı futbolçusu Malik Çauvu transfer etmək istəyir.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı stoper üçün "Milan"a 26 milyon avro təklif edib.
Lakin İtaliya klubunun bu təklif qəbul etməyib.
Qeyd edək ki, Malik ötən mövsüm meydana çıxdığı 32 matçda 1 qol 1 asistlə yadda qalıb.