"Milan" Troya elçi düşdü
"Milan" Troy Parrottu heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "İndependent" nəşri məlumat yayıb.
24 yaşlı forvardın "Az Alkmaar"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, T.Parrott cari mövsüm meydana çıxdığı 39 matçda 27 qol, 9 asistlə yadda qalıb.