"Milan" ulduz futbolçusunu sata bilər
"Milan" fransalı futbolçusu Teo Hernandezi mövsümün sonunda sata bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Teo üçün 60 milyon avro tələb edir.
27 yaşlı futbolçu 2019-cu ildən "Milan"ın şərəfini qoruyur.
Qeyd edək ki, Teo Hernandez bu mövsüm çıxış etdiyi 33 matçda 4 qol və 5 asistlə yadda qalıb.
Onun "Milan"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.