"Milan"dan vacib 3 xal

İtaliya çempionatında 35-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Milan” doğma meydanda “Bolonya”nı qəbul edib.

İlk hissədə hesab açılıb. Milan klubundan Suso topu rəqib qapısından keçirib. Fasiləyə minima hesablı qələbə ilə yollanan Qattuzonun komandası ikinci hissədə də qonaqları mərkəzə dəvət edib. 67-ci dəqiqədə Fabio Borini fərqi artırıb. 2-0.

Qalan vaxt ərzində hüumlarını daha da gücləndirən qonaqlar yalnız 1 qolla yadda qalıblar. 72-ci dəqiqədə Mattia Destro fərqi azaldıb. 2:1 hesabıyla qalib gələn “Milan” 59 xalla yarış cədvəlində ilk beşliyi tamamlayır. Hesabında 37 xal olan “Bolonya” 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, lider “Yuventus” bir neçə tur əvvəl çempionluğu təmin edib.