"Milan"ın Korrea sevdası

"Milan" "Atletiko"nun futbolçusu Anhel Korreanı transfer etmək üzrədir.

Sportline.az "Sport Mediaset" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" 24 yaşlı vinger üçün madridlilərə 42 milyon avro təklif edib. "Atletiko" bu təklifi qəbul edib. Anlaşmaya görə, növbəti satışdan Madrid təmsilçisinə 30 faiz pay ödənəcək.

"Atletiko" Argentina millisinin üzvünü 2014-cü ildə "San Lorenso"dan 7,5 milyon avroya transfer etmişdi.