"Milan"ın yeni baş məşqçisi adına əsas namizəd

"Milan" klubunun rəhbərliyi baş məşqçi məsələsinə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, 2017-ci ildən komandanın sükanı arxasında olan Cennaro Qattuzo ilə yollar ayrılacaq.

Milanlılar onu daha təcrübəli mütəxəssislə əvəzləmək qərarına gəliblər. Söhbət "Atalanta"nın çalışdırıcısı Gian Pyero Qasperinidən gedir.

61 yaşlı mütəxəssis artıq 3 ildir ki, beqamoluların baş məşqçisidir. Komanda hazırda onun rəhbərliyi altında Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. İtalya mediası əvvəllər İtaliyanın "Krotone", "Cenoa", "İnter" və "Palermo" klublarını da çalışdıran Qasperininin Milanla anlaşmaq imkanlarını yüksək qiymətləndir.