Milli komanda Belarusa yollandı

Fevralın 20-də gənc boksçulardan ibarət Azərbaycan seçmə komandasının növbəti təlim-məşq toplanışına start veriləcək. Federasiyanın mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, boksçularımız Balakəndə başlanan hazırlıq prosesini Belarusun Qomel şəhərində davam etdirəcəklər. 

Baş məşqçi Vaqif Şirinov altı gün davam edəcək toplanışda 15 idmançını sınaqdan keçirəcək: 

49 kq: Maqsud Xasmətov, Vüqar Hüseynov 

52 kq: Əflatun Babayev, Mirmehdi Mehdizadə

56 kq: Həsən İbrahimov, Əlzamin Səlimov 

60 kq: Nurlan Səfərov, Nəbi İsgəndərov 

64 kq: Səbuhi Abışov 

69 kq: Nicat Həsənov, Məhəmməd Yusifov, Cahid Qurbanov 

75 kq: Rəsul Rzayev 

81 kq: Zaur Musayev 

91 kq: İsmayıl Yaqubov 

Bu gün səhər saatlarında səfərə yollanan milli üzvləri Qomeldə əsasən, ümumi və fiziki hazırlıq üzərində çalışacaqlar.