Milli komanda təlim-məşqə başladı
Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışı başlanıb.
Sportline.az xəbər verir ki, baş məşqçi Umberto Orta Domingezin rəhbərliyi altında bir araya gələn komanda hazırlığı Bakı Boks Mərkəzində keçir.
Gündə 2 dəfə məşq edən komandanın düşərgəsinə 21 boksçu dəvət olunub. Bu gün başlayan toplanışın ilkin mərhələsi dekabrın 9-dək nəzərdə tutulub.
Seçmə, ardınca məşqləri Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 9-27-də gerçəkləşəcək. Baş məşqçi ardınca komandaya 4 günlük istirahət verməyi planlaşdırır.