Milli komandaların oyunu rasizmə görə yarımçıq dayandırıldı

Yeni Zelandiya - Qətər matçı rasizm hərəkətinə görə yarımçıq qalıb.

Sportline.az xəbər verir ki, Avstriyada keçirilən yoldaşlıq oyununda Yeni Zelandiyanın müdafiəçisi Maykl Boksell rəqib oyunçu tərəfindən təhqir olunub.

Hesab 1-0 Yeni Zelandiyanın xeyrinə olarkən baş verən hadisədən sonra yeni zelandiyalılar hakimin etinasız yanaşmasına da etiraz olaraq meydanı tərk ediblər.

Qeyd edək ki, görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olub.