Milli komandamızın baş məşqçisi istefa verdi

Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postunu tərk edib.

Sportline.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü şəxsi "Facebook" səhifəsində yazıb.

O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb.

Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.