Milli komandanın heyəti açıqlandı
DÇ-2020-nin elit-raund mərhələsində mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən Bakıda təlim-məşq toplanışı başlanacaq.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 13 gün davam edəcək hazırlıq prosesi zamanı komanda yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Baş məşqçi Joze Alesio Da Silva təlim-məşq toplanışı üçün 14 oyunçuya dəvət göndərib.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq.
№ | AD, SOYAD | KLUB |
1 | Rövşən Hüseynli | Araz |
2 | Emin Kürdov | EKOL |
3 | Rizvan Fərzəliyev | Araz |
4 | Amir Shojaei | Araz |
5 | İsa Atayev | Araz |
6 | Oliveira Da Nascimento | Alarabi Sportinq Club (Küveyt) |
7 | Jonathan Luiz De Angelis | Alarabi Sportinq Club (Küveyt) |
8 | Ramiz Çovdarov | Araz |
9 | Hadi Ahmadi | Araz |
10 | Eduardo Borges | ACCS Futsal Club Paris (Fransa) |
11 | Xətai Bağırov | Araz |
12 | Tiago |
Telles Martins | Norilsk Nikel (Rusiya) | |
13 | Eshagh Soorghali | Azaraxş (İran) |
14 | Tofik Mikayılov | Marafon |