Milli turnirə qələbə ilə başlayıb
14 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində keçirilən "Airom Cup" beynəlxalq turnirinə qələbə ilə başlayıb.
Sportline.az xəbər verir ki, Polad Həsənovun rəhbərlik etdiyi milli ilə yanaşı, yarışda Qazaxıstanın "Ayrom", Qırğızıstanın "Edelveys", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klubları da mübarizə aparır.
Azərbaycan millisi ilk oyununda "Edelveys" ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirin qalibi iyunun 22-də məlum olacaq.