Millimiz dünya çempionatında mübarizəyə başlayır

Bu gün Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürəcək.

Sportline.az xəbər verir ki, yarışda Azərbaycanın 9 idmançısı mübarizə aparacaq.

İlk yarış günündə 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov rinqə çıxacaq. Onun rəqibi kubalı Osvel Kaballero Qarsia olacaq.

25 oktyabr
57 kq
1/32 final
Ümid Rüstəmov – Osvel Kaballero Qarsia (Kuba)

26 oktyabr
51 kq
1/16 final
Məsud Yusifzadə – Enxmandağ Xarxuu (Monqolustan)

63,5 kq
1/32 final
Malik Həsənov – Xuan Reyes Donis (Qvatemala)

92 kq
1/32 final
Rauf Rəhimov – Luis Uilliams (İngiltərə)

27 oktyabr
60 kq
1/32 final
Tayfur Əliyev – Çarles Petit-Homm (Haiti)

86 kq
1/16 final
Alfonso Dominqes – Tavfiqulla Suleymani (AİBA)

28 oktyabr
+92 kq
1/16 final
Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

29 oktyabr
71 kq
1/16 final
Sərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis Da Silva (Braziliya) cütünün qalibi

30 oktyabr
75 kq
1/16 final
Mirşərif Kazımzadə - Aaron Prins (Trinidad və Tobaqo)/Soma Mester (Macarıstan) cütünün qalibi

Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu iştirak edəcək. 2 600 000 ABŞ dolları mükafatı fondu olacaq mundialda çempion 100 000 ABŞ dolları qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.