Millimiz Qahirəyə yollandı
Azərbaycan karateçiləri 27-29 Yanvar tarixlərində Karate1 seriyasından yeni mövsümün ilk Premyer Liqa turnirində iştirak etmək üçün Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə yollanıb.
Sportline.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyevin rəhbərlik etdiyi heyətdə 25 nəfər yer alıb. Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov müxtəlif çəkilərdə bir neçə idmançının çıxış etməsinə üstünlük verib. Onlardan Əminağa Quliyev və Sultan Hüseynov -60 kq çəki dərəcəsində, Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Nuran Rzazadə -67 kq çəkidə, Fərid Ağayev -75 kq, Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov -84, Asiman Qurbanlı və Osman Osmanlı isə 84+ kq çəki dərəcəində döyüşəcək. Roman Heydərov kata yarışlarında iştirak edəcək.
Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov Fidan Teymurovanı (-50 kq), Mədinə Sadiqovanı (-55 kq), Renata Ərəblini (-61 kq) və İrina Zaretskanı (68 kq) müşayiət edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov 58 ölkədən 382 idmançının mübarizə aparacağı Karate1 Premyer Liqa turnirinin Qahirə mərhələsini idarə edən referilər arasında olacaq.