Millimiz UEFA reytinqində 6-cıdır

UEFA futzal üzrə milli komandaların 2020-ci il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, hesabında 1990 xal olan Azərbaycan millisi 6-cı pillədə qərarlaşıb. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ötən illə müqayisədə 1 pillə geriləyib.

Qeyd edək ki, turnir cədvəlinə 2209 xalla İspaniya millisi başçılıq edir. Portuqaliya 2116 xalla 2-ci, Rusiya isə 2098 xalla 3-cüdür.