Millimizin Fransaya yollanacaq heyəti müəyyənləşdi
Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, fevralın 6-7-də Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük dəbilqə”də iştirak edəcək seçməmizin heyətinə komandanın əsas üzvlərinin adları daxil edilib.
Beləliklə, baş məşqçi Peter Zayzenbaher Parisdəki yarışda bu cüdoçulara şans verəcək:
Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq).
Qeyd edək ki, yarışda ümumilikdə 97 ölkədən 618 cüdoçu mübarizə aparacaq.