Millimizin heyəti açıqlandı

Tokioda cüdo üzrə "Böyük dəbilqə" turnirində iştirak edəcək Azərbaycan komandasının heyəti bəlli olub. SportLine.az xəbər verir ki, dekabrın 4-dən 6-dək keçiriləcək mötəbər yarışda baş məşqçi Peter Zayzenbaher iki idmançıya - Elmar Qasımovla Elxan Məmmədova şans verəcək. 100 kq çəki dərəcəsində tatamiyə çıxacaq cüdoçularımızın döyüşləri dekabrın 6-na təsadüf edəcək.

Qeyd edək ki, “Böyük dəbilqə”də ümumilikdə 96 ölkədən 528 idmançı bacarığını göstərəcək.