Millimizin üzvü İspaniya klubunda
Azərbaycanın futzal yığmasının üzvü Rafael Karvalyo Vilela dos Santos karyerasını İspaniyada davam etdirəcək.
Sportline.az "Report"a istinadən xəbər verir ki, Braziliya əsilli futzalçı İspaniyanın "Palma" klubu ilə anlaşıb.
26 yaşlı oyunçu klubla daha iki il uzadıla bilməsi şərti ilə 2021-ci ilə qədər müqavilə imzalayıb. Son iki mövsümü Braziliyanın "Kopaqril" klubunda keçirən Karvalyo daha öncə "Araz"ın da şərəfini qoruyub.
DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək milli komandanın heyətində Karvalyonun da yer alacağı gözlənilir.
Qeyd edək ki, 29 yanvar - 1 fevral tarixlərində Xorvatiyanın Osiek şəhərində keçiriləcək turnirdə Azərbaycan millisi C qrupunda Rusiya, Slovakiya və Xorvatiya ilə mübarizə aparacaq. Qrup qalibiləri birbaşa final mərhələsinə yüksələcəklər, ikinci pilləni tutacaq komandalar isə pley-off oyunlarında üz-üzə gələcəklər.