Millinin baş məşqçisi istefaya göndərildi
Fildişi Sahili Futbol Federasiyası milli komandanın baş məşqçisi Jan Luis Qasseti vəzifəsindən azad edib.
Sportline.az milli federasiyaya istinadla xəbər verir ki, səbəb komandanın uğursuz çıxışı ilə əlaqədardır.
Görünür, Afrika Millətlər Kubokuna ev sahibliyi edən ölkənin millisinin qrup mərhələsindəki zəif çıxışı federasiya rəhbərliyinin səbr kasasını daşırıb.
Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Emerse Faenin icra edəcəyi bildirilir.
A qrununu Ekvatorial Qvineya və Nigeryanın ardından 3-cü tamamlayan Fildişi Sahili yalnız ən yaxşı üçüncü komanda kvotası ilə mübarizəni davam etdirir.
Daha əvvəl Fransa millisi və PSJ-ni çalışdıran 70 yaşlı Qasset 2022-ci ildən komandanın sükanı arxasında idi.