Millinin sabiq futbolçusu həlak olub
Qəzza zolağındakı hərbi əməliyyatlarda ölənlərin sayı çoxalmaqdadır.
Sportline.az xəbər verir ki, bu gün Fələstin millisinin sabiq futbolçusu Mohammad Barakat da atəş nəticəsində dünyasını dəyişib.
Bu haqda "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, o, öz evində həlak olub.
Qeyd edək ki, 39 yaşlı Barakat Fələstin millisinin heyətində 3 oyun keçirmişdi.