Millinin iki futbolçusu kənarda qaldı
Millimizin iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsinin Avstriya ilə oyununda “23-lük”dən kənarda qalıb.
Sportline.az xəbər verir ki, baş məşqçi Canni De Byazi Türkiyənin "Tuzlaspor" klubundan müdafiəçisi Bəxtiyar Həsənalızadə və “Səbail”in yarımmüdafiəçisi Yusif Nəbiyevə ehtiyac duymayıb.
Bu futbolçular qarşılaşmanı tribunadan izləməli olacaqlar.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya görüşü bu gün, saat 20:00-da başlanacaq.