Millinin üzvü karyerasını bitirir

İspaniya millisinin basketbolçusu Riki Rubio peşəkar idmandan uzaqlaşacaq.

Sportline.az xəbər verir ki, məşhur basketbolçu bu haqda sosial şəbəkədə paylaşım edib.

Rubio, bunu səhhəti ilə bağlı olduğunu bildirib.

O, qarşıdakı dünya çempionatına qatılmayacağını və psixoloji vəziyyətini normallaşdırmaq üçün müalicə alacağını açıqlayıb. .

Qeyd edək ki, ispaniyalı basketbolçu NBA-da "Klivlend Kavalyers"in formasını geyinir.